Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision” aparıcıları Almaniyada treninqlər keçirlər
29.04.12 01:26

Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin aparıcıları Leyla, Nərgiz və Eldar şouya hazırlıq müddətində Almaniyada treninq keçirlər. Eurovision.az saytı yazır ki, aparıcılar artıq ötən həftələrdə Almaniyanın Köln şəhərində müvafiq treninqlərdə olub. Şou aparıcıları qarşıdakı müddətdə Almaniyaya növbəti treninqlərə hazırlaşır. Bu gün isə “Eurovision–2012”nin aparıcıları İctimai Televiziyanın “Yeni gün” və ANS televiziyasının “Günə baxan” verilişlərində qonaq olub. Eldar aparıcılıq təcrübəsinin məhz “Eurovision” Mahnı Müsabiqəsindən başladığını deyib. “Eurovision” səhnəsi mənə çox doğmadır. Bu səhnədə aparıcı qismində çıxış etmək böyük qürur hissidir” - deyən Eldar aparıcılıq müddətində tamaşaçılara pozitiv enerji ötürməyin vacib məqamlardan olduğunu bildirib.17 yaşından ABŞ-da yaşayan Nərgiz, Azərbaycanın “Eurovision” qələbəsini də oradan izləyib: “Eldar və Nigar qalib olduqda mən qürur duydum. Düşündüm ki, Azərbaycanımızın ev sahibliyi etdiyi bu müsabiqədə mənim də bir qatqım olsun. Aparıcılıq heç də mənə yad deyil və çoxsaylı insanlar qarşısında çıxış etməkdə böyük təcrübəm var”. Leyla “Eurovision” Mahnı Müsabiqəsində aparıcılığın gözəl şans olduğunu bildirib: “Hazırda dayanmadan çalışırıq və bu layihədən başqa heç bir şey düşünmürük. Qısa müddətdə yaxın dost olmuşuq”. Qeyd edək ki, hazırda “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin aparıcılarının “Bakı Kristal Zalı” səhnəsindəki geyimi və şoudakı obrazı üzərində iş gedir.
URL / WWW
http://kelam.az/article/a-6186.html