Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU-da “Sağlam həyat tərzi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib
27.04.12 15:26

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı və Nazirlər Kabinetinin dəstəyi ilə “Sağlam həyat tərzi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ADU-nun mətbuat xidmətindən veriblər. ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edərək gənclərin sağlam həyat tərzinin formalaşmasına dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini bildirib. Tələbələrin sağlam həyat tərzinə uyğunlaşması istiqamətində belə tədbirlərin əhəmiyyətindən danışan Ə.Əliyev maarifləndirmə işinin bu sahədə önəmli rol oynadığını diqqətə çatdırıb. O, maarifləndirici tədbirlərin davamlı olacağını sözlərinə əlavə edib. Sonra 1 saylı İngilis dili və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin ifasında “İtirilmiş həyatlar” adlı tamaşa nümayiş etdirilib. Tamaşada gənclərin zərərli və pis vərdişlərə qurşanması, valideynlərin övladlarına göstərdiyi biganə münasibət, cəmiyyətin onlara qarşı olan münasibətindən və iki gəncin QİÇS xəstəliyinə tutulmasından bəhs edib. Tələbələrin gənclərin üzləşdiyi problemləri obrazlı şəkildə canlandırılmasını yüksək qiymətləndirən Regional Psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova bu kimi tədbirlərin psixoloji tərbiyə mühitində önəmli rol oynadığını vurğulayıb. Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə isə zərərli vərdişlərlə mübarizədə ADU tələbələrinin kreativ və yenilikçi ideyalarının təsiredici xarakterə malik olduğunu bildirib. E. Əlizadə yeni maarifləndirmə üsullarının ənənəvi metodlardan daha çox effektiv olduğunu diqqətə çatdırıb. Xatırladaq ki, tədbir ADU-nun Mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın “Sağlam ailənin təməli sağlam fərdlərdir” layihəsi çərçivəsində keçirilir.
URL / WWW
http://kelam.az/article/a-6181.html