Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan tarixində “qara” izi olan A.Qriboyedov haqqında film çəkilib
19.01.10 02:33

Rusiyanın sənədli film ustaları XIX əsrdə Rus imperiyasının İranda səfiri Aleksandr Qriboyedovun həyatına həsr olan sənədli film çəkib. Film Azərbaycan tarixində “qara” izi olan A.Qriboyedov haqqında maraqlı nüanslar ortaya çıxarıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, filmin müəllifi bir sıra siyasi detektivlərin yaradıcısı Sergey Medvedevdir. Müəllif yazıçı-diplomatın həyatını detektivə bənzədib. Müəllif “Ağıldan bəla” kimi bir əsərin müəllifinin nədən İranda bir qrup fanat tərəfindən qətlə yetirilməsinə aydınılq gətirmək istədiyini bildirirb. Medvedev Qriboyedovla bağlı əsil tarixi araşdırma apardıqlarını söyləyib. Burada Qriboyedovun ölümünə birbaşa yol açmış proseslərdən danışılır və varlı iranlıların erməni hərəmlərinin rolundan danışılır. Filmdə maraqlı məqamlardan biri də odur ki. müəlliflərə görə, məhz hərəmxanlardakı erməni fahişələr Qriboyedovun ölümündə faciəvi rol oynayıblar. Qeyd olunur ki, gürcü knyazının 15 yaşlı qızı Nina Çavçavadze ilə evlənən Qriboyedov tezliklə İrana yola düşür. Lakin diplomat risk edərək gənc, həm də hamilə olan xanımını İrana aparmaq istəməyərək onu sərhəd yaxınlığındakı rayonda saxlayır. Özü ilə xanımının qohumları olan gürcü gənclərini götürür. Gürcü gəncləri varlı iranlıların hərəmxanalarına basqın edərək erməni qızları ələ keçirməyə başlayıb. Onları rus səfirliyində gizlədiblər. Bu isə yerli əhali arasında qiyama səbəb olub və onlar səfirliyə hücum edərək bütün diplomatları doğrayıblar. Qriboyedovun cəsədi elə tanınmaz hala düşüb ki, onun 16 yaşlı dul qadını yazıçını nə vaxtsa dueldə aldığı yaradan tanıyıb. Filmin sujeti Rusiya ictimaiyyətində güclü marağa səbəb olub.
URL / WWW
http://kelam.az/article/a-618.html