Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elxan Poluxov CAR mətbuatına Azərbaycanın iqtisadi imkanlarından danışıb
29.04.12 01:24

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov, Keyptaun şəhərində “Die Burger” qəzetinin baş iqtisadi yazarı xanım Karin Smitə və Media24 İnformasiya Holdinqinin vitse-prezidenti Niel de Roya müsahibə verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya CAR-dakı səfirliyimizdən veriblər. “Die Burger” CAR-da Afrikan dilində çap olunan ən böyük qəzetdir. Müsahibə, Azərbaycanda iqtisadi vəziyyət, həyata keçirilən biznes layihələri, hökumətin iqtisadi sahədə siyasəti, regionda və dünyada Azərbaycanın artan nüfuzu, Azərbaycan-CAR biznes əlaqələri və iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivlərinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.Eyni tarixdə Səfir E.Poluxov, Keyptaun Ticarət Palatasında Azərbaycan İqtisadiyyatı barədə təqdimetmə mərasimi keçirib. Mərasimdə çıxışı edən sədr Arifa Parker ölkənin ən qədim və 200 ildən artıq yaşa malik Ticarət Palatası, öz sıralarında CAR-ın ən aparıcı biznes şirkətlərini cəmləşdirən təşkilat olduğunu bildirib. A.Parker tədbirin əhəmiyyəti barədə məlumat verərək, TP-da Azərbaycana həsr olunmuş ilk tədbirin olduğunu və Azərbaycanla iqtisadi əməkdaşlığın yaradılmasında zəruri rol oynaya biləcəyini qeyd edib. Tədbirdə Ticarət Palatasının əməkdaşları, Azərbaycanla biznes əlaqələrin yaradılmasında maraqlı olan şirkətlərin nümayəndələri və digər şəxslər iştirak edib. Əyani vəsaitlər vasitəsilə keçirilən təqdimatda səfir E.Poluxov ölkəmizin iqtisadi göstəriciləri, regionda lider roluna malik olmasını sübut edən məlumatları, mövcud biznes imkanları və sərmayə potensialı barədə məlumat verib. Azərbaycanla sıx biznes əlaqələrin qurulmasına dəvət edən səfir ölkəmizdə bunun üçün bütün zəruri qanunvericilik və digər imkanların yaradıldığını vurğulayıb. Daha sonra səfir bir çox sualları cavablandırıb və iki ölkənin biznes mühiti ətrafında fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-6177.html