Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Elmin İnkişafı Fondu üç plagiat iş aşkarlayıb
27.04.12 03:29

Bu vaxta qədər Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu üç plagiat iş aşkarlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı EİF-nin icraçı direktoru Elçin Babayev deyib. E.Babayev bildirib ki, plagiat işlər aşkarlanan zaman və bununla bağlı aparılan müzakirələr o qədər gərgin keçib ki, bəzi alimlər anonimlik şərtini pozmağa da razılı olub, öz adlarının göstərilməsini istəyiblər: “Biz belə elmi forumlarda etik normaları gözləməyə çağırırıq. Hətta belə polemikalarda alimlərdən biri qarşı tərəfə bir neçə bəndlik şeirlə cavab vermişdi”. E.Babayev onu da deyib ki, elm sahəsində hüquq pozuntusu halları o qədər çox deyil: “ Hansısa mübahisəli məsələ çıxarsa, bu məsələnin sona qədər araşdırılması üçün Müəllif Hüquqları Agentliyi ilə əməkdaşlıq etməyə hazırıq”.İcraçı direktor, Fondun çox güclü elektron məlumat bazasının yaradıldığını vurğulayıb: “Baza zənginləşdikcə biz daha yaxşı izləyə bilirik ki, hansı layihə bizdən başqa hansısa fonda təqdim edilib, yaxud işlənmiş mövzulardır. Biz belə layihələri dərhal müsabiqədən uzaqlaşdırırıq”.
URL / WWW
http://kelam.az/article/a-6174.html