Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Suriyada müşahidəçilər getdi, qətliam yenidən başladı
26.04.12 20:29

Suriyada BMT müşahidəçilərinin tərk etdiyi yerlərdə yenidən əməliyyatlar başlayıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Suriya İnqilab Şurasının üzvü Ebu Ubeydə “Anadolu” Agentliyinə verdiyi açıqlamada Kofi Annanın atəşkəs planının monitorinqini aparmaq üçün gələn müşahidəçilərin tankların kölgəsində araşdırmalar apardığı, müşahidəçilərin bir çox hadisəyə şahidlik etdiyini və rejimin bundan narahat olduğunu bildirib. Ubeydə müşahidəçilərin şəhərdə böyük bir aksiya ilə qarşılandığını deyib: "Müşahidəçilər ağır silahların çəkilmədiyini öz gözləriylə gördülər. Onların ətrafına kimsə toplanmasın deyə təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə etdi. Müdaxilə nəticəsində çox sayda nümayişçi yaralandı".
URL / WWW
http://kelam.az/article/a-6171.html