Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision–2012”-nin Mətbuat Mərkəzi mayın 13-dən açılacaq
27.04.12 02:29

“Eurovision” Mahnı Müsabiqəsi 2012-nin Mətbuat Mərkəzi mayın 13-dən açılacaq. “Bakı Kristal Zalı”nın yaxınlığında inşa olunan Mətbuat Mərkəzi 5000 m2 ərazini əhatə edir. Mərkəzdə yüksək sürətli WI FI sistemi quraşdırılıb. Eurovision.az saytı yazır ki, burada 1500-dən artıq yerli və xarici jurnalistin eyni vaxtda işləməsinə imkan olacaq. Jurnalistlər xüsusi kabinələrdə müxtəlif müsahibələr ala biləcək. Mərkəzin bir küncündə yaradılan studiyada isə televiziya müsahibələrinin çəkilişlərini həyata keçirmək olacaq. Mətbuat Mərkəzində həmçinin eyni vaxtda 500 jurnalistin iştirak edə biləcəyi konfrans zalı fəaliyyət göstərəcək. Bundan başqa jurnalistlərin rahatlığı üçün kafeteriyanın olduğu istirahət zonası da yaradılıb.
URL / WWW
http://kelam.az/article/a-6170.html