Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vəfa Quluzadə: “İsrail heç vaxt Azərbaycandan İrana zərbə vurmaq fikrində ola bilməz”
27.04.12 01:29

“Bu gün dünyada aparıcı rol oynayan yəhudi lobbisinə İsrailin kifayət qədər ciddi təsiri var və təbii ki, inkişaf edən İsrail-Azərbaycan əlaqələrində bundan Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə etmək olar”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. O qeyd edib ki, bu yaxınlarda İsrail xarici işlər naziri A.Libermanın Bakıda keçirdiyi görüşlər də bu baxımdan əhəmiyyətli hesab oluna bilər. “Bu gün Azərbaycan-İsrail əlaqələrinin inkişafından daha çox İran qıcıqlanır. Çünki İsrail İranın bir nömrəli düşmənidir, İran hakimiyyətinə son qoymağa qərar verib. Lakin bir məsələ aydındır ki, İsrail heç vaxt Azərbaycandan İrana zərbə vurmaq fikrində ola bilməz. Çünki Azərbaycan buna razılıq verməz” - deyə V.Quluzadə vurğulayıb. Politoloq deyir ki, İran diplomatları düzgün nəticə çıxarmaq niyyətindədirsə bunu anlamadırlar. “Azərbaycanın İsraillə münasibətlərinin nəticəsində yeganə dəyişə bilən hal Dağlıq Qarabağ münaqişəsinin həlli ola bilər” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6168.html