Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri ilə görüşüb
27.04.12 02:29

Böyük Britaniyada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Görüş zamanı E.Məmmədyarov Britaniyalı parlamentarilərə Azərbaycanda gedən dövlət quruculuğu prosesi və ölkəmizin Avropa məkanı üçün geostrateji əhəmiyyəti haqqında məlumat verib. Bununla yanaşı Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizin iştirakı ilə reallaşdırılmış irimiqyaslı enerji layihələrindən söz açan E.Məmmədyarov, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin doğurduğu nəticələr, münaqişənin həlli istiqamətində aparılan sülh danışıqları barəsində qonaqlara məlumat verib. E.Məmmədyarov həmçinin Azərbaycanın xarici siyasət uğurlarına toxunmuş, Böyük Britaniya ilə ölkəmiz arasında bütün sahələrdə dərinləşən münasibətləri vurğulayıb. Bundan əlavə nazir Azərbaycanın Əfqanıstanda sabitliyin bərpası və inkişafına verdiyi töhfələri də qonaqların diqqətinə çatdırıb. Sonda E.Məmmədyarov Parlament Qrupunun üzvlərinin Azərbaycanın xarici siyasəti ilə bağlı ünvanladığı sualları cavablandırıb.
URL / WWW
http://kelam.az/article/a-6167.html