Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Saxlama yerlərinin monitorinqi və işgəncə halları üzrə hesabatların hazırlanmasına dair seminar keçirilir
26.04.12 20:29

ATƏT-in Bakı ofisi və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə saxlama yerlərinin monitorinqi və milli preventiv mexanizm (MPM) çərçivəsində işgəncə halları üzrə hesabatların hazırlanması mövzusunda metodoloji seminar başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, 40 nəfərdən artıq iştirakçını bir araya gətirən iki günlük seminarın məqsədi digər ölkələrdəki ən yaxşı təcrübələri nəzərə almaqla, Azərbaycanda MPM-in icrasına cəlb olunan əməkdaşların monitorinq və hesabatların hazırlanması üzrə bacarıqlarını inkişaf etdirməkdir. Tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay, ombudsman Elmira Süleymanova və bir sıra təşkilatların nümayəndələri iştirak edir. Səfir inandığını bildirib ki, MPM ölkədəki işgəncə hallarının və pis rəftarın digər formalarının qarşısının alınmasında vacib rol oynayır: “Ümid edirəm ki, bu təlim azadlıqdan məhrum olmuş insanların hüquqlarının lazımınca müdafiəsini təmin etmək üçün göstərilən səyləri daha da gücləndiriləcək”. Qeyd edək ki, seminarda yerli və beynəlxalq ekspertlər Azərbaycanın MPM nümayəndələri ilə birlikdə işgəncənin qarşısının alınmasının nəzəri və praktiki tərəflərini, pis rəftarın qarşısının alınması və qadağasına dair beynəlxalq, regional standartları, monitorinqin növlərini, həmçinin saxlanılan şəxslərlə müsahibə texnikalarını müzakirə edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-6166.html