Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda dövlət qurumları 1000-dən çox elektron xidmət göstərir
27.04.12 02:28

Bu gün Azərbaycanda dövlət qurumları artıq 1000-dən çox elektron xidmət göstərir. “KƏLAMİNFO” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidmətinə istinadən xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, bu rəqəm təqribən 8 dövlət qurumunu əhatə edir. Nazir müavini bildirib ki, e-xidmətlərin sayı gündən-günə artmaqdadır. E.Vəlizadə əlavə edib ki, vətəndaşların istər kompyuterlə, istərsə də mobil telefonlarla dövlət orqanlarına müraciət etməsini asanlaşdırmaq üçün artıq şlüz yaradılıb: “Eyni zamanda, e-hökumətin formalaşdırılmasına ölkədə antikorrupsiya fəaliyyətinin tərkib hissəsi kimi baxılır. Bu, dövlət qurumlarının şəffaflığının artırılmasına, onların səmərəliliyinin gücləndirilməsinə, üstəlik, məmur-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına xidmət edir”. Nazir müavininin sözlərinə görə, Azərbaycan açıq hökumət üzrə əməkdaşlıq təşəbbüsünə qoşulub: “Bu, dünyada yeni vüsət alan təşəbbüsdür. Artıq bir çox dövlət bu təşəbbüsə qoşulub. Bununla da Azərbaycan bir sıra məsələləri qarşısına məqsəd kimi qoyub”.
URL / WWW
http://kelam.az/article/a-6164.html