Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Davudoğlu: "İsraili heç bir zəmində tərəfdaş ölkə kimi görmürük"
25.04.12 19:59

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu yaxın günlərdə keçiriləcək NATO toplantısında İsrailin də iştirak etmək istədiyi, ancaq Türkiyənin buna veto qoyduğuna dair iddialara cavab verib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Davudoğlu Türkiyənin İsraili heç bir zəmində tərəfdaş kimi görmədiklərini deyib: “Biz “Mavi Mərmərə” hadisəsi və ondan sonrakı proseslərə görə İsraili heç bir zəmində ortaq kimi görmürük. NATO prinsipləri baxımından da yanaşdığımız zaman İsrail vətəndaşlarımızı beynəlxalq sularda sistemli ordu tərəfindən qətlə yetirib. İsrail özünün xoş niyyətini Türkiyəyə göstərəcək şəkildə nümayişi etdirmədiyi, hörmətli baş nazirimiz və hökumətimiz tərəfindən irəli sürülən tələbləri yerinə yetirmədiyi müddətcə bizim tərəfimizdən əməkdaşlığa uyğun ölkə kimi dəyərləndirilə bilməz”.
URL / WWW
http://kelam.az/article/a-6162.html