Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: “Diplomatlar getsinlər qaçqın və məcburi köçkünlərlə görüşsünlər”
25.04.12 19:59

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklər və diplomatik korpus nümayəndələrinin İctimai Palatanın üzvləri ilə görüşünə münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, vitse-spiker diplomatik missiyaların fəaliyyəti ilə bağlı konvensiyada belə məsələlərin nəzərdə tutulduğunu bildirib: “Biz buna faciə kimi baxmırıq. Diplomatlar görüşə və söhbət edə bilərlər. Amma niyə onlar məhz bu insanlarla görüşürlər, başqa kateqoriyadan olan insanlarla görüşmürlər? Onlar getsinlər Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünləri ilə görüşsünlər! Niyə onlar qaçqınlarla görüşmürlər?! Amma sabitləşmiş Azərbaycanın stabilliyini pozmağa meyil edən qüvvələrlə görüşürlər”. Ziyafət Əsgərov bu görüşləri analiz edərkən belə bir fikrə gəlib ki, burada məqsəd həmin qüvvələri qızışdırmaqdan ibarətdir. “Diplomatların istənilən şəxslərlə görüşməyə ixtiyarı var, amma onlar ictimai-siyasi sabitliyin pozulması ilə əlaqədar söhbət edərlərsə, əlbəttə, bu, diplomat strategiyasına sığan məsələ deyil və etikadan kənardır. Biz bu məsələyə biganə qala bilmərik” – deyən vitse-spiker Azərbaycanda fəaliyyətdə olan diplomatik korpus nümayəndəliklərinə müraciət də edib: “Əgər belə görüşlər Azərbaycanda bərqərar olan ictimai-siyasi sabitliyin pozulmasına xidmət edirsə, bu, bilavasitə Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir”. Ziyafət Əsgərov bu görüşləri başqa cür qiymətləndirə bilmədiyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6157.html