Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision”la bərabər həndbol üzrə çempionatda da yarışacaq
25.04.12 14:27

Finlandiyanın 57-ci “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisi Pernilla Karlsson yazda iki mühüm yarışda iştirak edəcək. Onlardan biri idman, digəri isə musiqi ilə bağlıdır. Həndbol üzrə milli yığmanın üzvü “Eurovision”la yanaşı, bu il həm də Finlandiyada həndbol üzrə çempionatda yarışacaq. Hər bir hərəkətində qardaşını nümunə götürən Pernilla Karlsson idmana gəlişini belə xatırlayır: “15 il bundan əvvəl qardaşımın ardınca mən də həndbol oynamağa başladım. İdman mənim üçün çox vacibdir. Həyatımı əlimdə top olmadan təsəvvür etmirəm. Digər tərəfdən musiqisiz də yaşaya bilmərəm”. Pernilla həm idman, həm də musiqi sahəsində əsas tərəf müqabilinin qardaşı olduğunu söyləyir. Finlandiya təmsilçisi hazırda həm “Eurovision” şousuna hazırlaşır, həm də gündəlik həndbol məşqlərində iştirak edir. Qeyd edək ki, Finlandiya təmsilçisi “Bakı Kristal Zalı”nın səhnəsinə mayın 22-dəki birinci yarımfinalda 9-cu çıxacaq.
URL / WWW
http://kelam.az/article/a-6152.html