Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Litva Seymi Avropa Parlamentinə müraciət edib
25.04.12 20:27

Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Litva Seyminin üzvləri Emanuelis Zingeris, Egidiyus Vareykis, Arunas Valinskas və digər parlamentarilərdən ibarət 21 nəfərlik qrup Avropa Parlamentinə müraciət edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər. Müraciəti imzalayanlar faciə ilə bağlı Azərbaycan xalqının kədəri ilə həmrəy olduqlarını, Yuqoslaviya dövlətinin ərazisində müharibə cinayətləri törətmiş şəxslərin əməllərinin siyasi və hüquqi baxımdan dəyərləndirilməsindən fərqli olaraq, Xocalı faciəsinin təqsirkarlarının indiyə qədər cəzalandırılmamasından təəssüfləndiklərini ifadə ediblər. Litva Seyminin üzvləri Avropa parlamentarilərinin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək Avropa Parlamentinin 20 may 2010-cu ildə qəbul etdiyi 2216 saylı Qətnaməsini mühüm sənəd kimi qəbul etdiklərini, bu sənəddə erməni təcavüzkarların hərəkətlərinə verilmiş mənəvi və siyasi dəyərləndirmələrə tərəfdar olduqlarını və sənəddə təsbit olunmuş prinsipial müddəaların dərhal yerinə yetirilməsini dəstəklədiklərini vurğulayıblar. Seym üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə, bu qanlı faciənin Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul ediləcəyinə inandıqlarını qeyd ediblər. Litva parlamentariləri Avropa Parlamentinin 2216 saylı Qətnaməsinin tələblərinin ciddi şəkildə yerinə yetiriləcəyinə və bu yolla tarixi ədalətin bərpa olunacağına ümidvar olduqlarını bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-6147.html