Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycana dair sənəd müzakirə edilib
25.04.12 14:27

Bu gün Strasburqda AŞPA Monitorinq Komitəsinin iclası keçirilib. “KƏLAMİNFO”nun xəbərinə görə, Komitənin üzvü Elxan Süleymanovun da iştirak etdiyi iclasda Azərbaycanın öhdəlik və vəzifələrinin icrasına dair məlumat sənədi müzakirə olunaraq qəbul edilib. E.Süleymanov bildirib ki, Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrekin 31 yanvar – 2 fevral 2012-ci il tarixdə ölkəmizə faktaraşdırıcı missiya ilə səfər edib. Həmməruzəçilər Azərbaycanda keçirdiyi bir sıra görüşlərin nəticələrinə dair məlumat qeydi adlı sənəd hazırlayaraq Monitorinq Komitəsinə təqdim ediblər. Millət vəkili həmməruzəçilərin hazırladığı məlumat sənədini hərtərəfli və Azərbaycan cəmiyyətindəki mövcud mövqeləri özündə əks etdirən sənəd kimi qiymətləndirib. Bildirilir ki, həmməruzəçilər sənəddə konkret məsələlərlə bağlı öz narahatlıqlarını bildirməklə bərabər, həmin sahələrdə indiyədək əldə edilmiş irəliləyişləri də göstərməyə çalışıb və vəziyyəti yaxşılaşdırmaq üçün həyata keçiriləcək mümkün tədbirlər barədə hakimiyyət orqanları ilə müzakirə aparmağın zəruriliyini vurğulayıblar.
URL / WWW
http://kelam.az/article/a-6146.html