Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Qurbanlı: “Müxalifət fərsizliyi ilə yanaşı, yalançılığını da nümayiş etdirir”
25.04.12 14:27

“Bir qrup müxalifət son vaxtlar keçirdiyi mitinqlərdə iştirakçıların sayını şişirtməklə xarici dairələri özlərinə cəlb eləmək istəyir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. O qeyd edir ki, mitinq təşkilatçıları bunu şişirtməkdə xarici dairələrə çatdırmaq istəyirlər ki, guya burada kütləvi mitinq olub və bununla aldıqları bu və ya digər vəsaitlərə bəraət qazansınlar. “Lakin fikrimcə, çox primitiv işləyirlər, çünki özləri də xaricilərin onları müşahidə etdiklərini gözəl bilirdilər və özləri də utandıqlarından mitinqlərini axıra qədər keçirə bilmirlər, az keçməmiş dağılıb gedirlər” - deyə M.Qurbanlı vurğulayıb. Hakim partiyadan olan deputat deyir ki, müxalifət bu aksiyalarda fərsizliyi ilə yanaşı, yalançılığını da nümayiş etdirir.
URL / WWW
http://kelam.az/article/a-6145.html