Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Prezidentin mətbuat xidməti: “Azadlıq” qəzeti yalan məlumatla bağlı təkzib verməklə üzr istəməzsə...
25.04.12 14:27

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti “Azadlıq” qəzetində prezident İlham Əliyev haqqında həqiqəti əks etdirməyən, bir çox halda təhqiramiz və təxribat xarakterli materiallar dərc edilməsi ilə bağlı məlumat yayıb. “KƏLAMİNFO” xəbər verir ki, məlumatda bildirilir: “Uzun müddətdir “Azadlıq” qəzeti ardıcıl şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqqında həqiqəti əks etdirməyən, çox hallarda təhqiramiz və təxribat xarakterli məlumatlar yayır. Həmin qərəzli fəaliyyətin davamı olaraq qəzetin 2012-ci il 24 aprel nömrəsində cənab İlham Əliyevin guya qiyməti 800 min dollar olan qol saatından istifadə etməsi barədə heç bir əsası olmayan, yalan məlumat dərc edilib. Məsələ ilə əlaqədar bildiririk ki, Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab Prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir. “Azadlıq” qəzeti yalan məlumatın dərc olunduğu zamandan etibarən 3 gün ərzində təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək”.
URL / WWW
http://kelam.az/article/a-6143.html