Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Jurnalistlər üçün yeni seminarlara start verilib
24.04.12 14:22

Bu gün Bakıda USAİD və “Lider Qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Qadın hüquqları və gender bərabərliyi” adlı yeni seminara start verilib. “KƏLAMİNFO” xəbər verir ki, birliyin sədri, deputat Məlahət İbrahimqızı seminar barədə məlumat verib. Bakıda seminar iki gün davam edəcək. Seminarlar Şəmkir, Gədəbəy, Xızı və Qobustan rayonlarında da keçiriləcək. Seminarın keçirilməsində əsas məqsəd jurnalistlərin qadın hüquqlarının qorunmasında maarifləndirici yazılar yazmağa cəlb etmək və gender bərabərliyi təbliğidir. Seminarlar USAİD tərəfindən dəstəklənən layihə çərçivəsində həyata keçirilir.
URL / WWW
http://kelam.az/article/a-6140.html