Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə məktəb direktorları və valideynlərə xəbərdarlıq etdi
24.04.12 14:22

“İndiyə qədər bəzi orta məktəb direktorlarının adları buraxılış imtahanlarına müdaxilədə və sair korrupsiya faktlarında hallandırılsa da, artıq buna son veriləcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Bu barədə məktəb direktorlarına xəbərdarlıq edən TQDK sədri buraxılış imtahanlarını çox şəffaf keçirəcəklərini bildirib və valideynlərə də müraciət edib. “Əgər indiyə qədər nəsə xoşagəlməz hadisə baş veribsə, bundan sonra belə hallar baş verməyəcək. Belə hallar törətmək istəyənlərə qarşı çox ciddi tədbirlər görüləcək. Bütün məktəb direktorları və təhsil ictimaiyyəti bilsin ki, imtahanlar tam şəffaf olacaq. Əgər kimsə bunu etsə, qanun qarşısında cavab verəcək” - deyə TQDK sədri vurğulayıb. M.Abbaszadə deyib ki, gələn il həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanları ilə bağlı müvafiq dəyişikliklər aparılacaq və bu dəyişikliklərin konkret nədən ibarət olduğu hələ müəyyən deyil. O, orta məktəblərə buraxılış imtahanlarının yalnız iki fənn - ana dili və riyaziyyat üzrə keçirilməsini də şagirdlərin xeyrinə atılmış addım kimi qiymətləndirib. İmtahan suallarının asan olacağını deyən TQDK sədrinin sözlərinə görə, indiyədək şagirdlərin buraxılış imtahanlarına yardımçı vasitələr keçirməsi mümkün idi. “Ancaq bundan sonra buraxılış imtahanlarına əlavə vəsaitlər buraxılmayacaq. Bununla da attestat ala bilən və bilməyən şagirdlərin real səviyyəsi düzgün qiymətləndiriləcək” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6139.html