Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK sədri orta məktəblərdə buraxılış imtahanlarının qaydalarını açıqladı
24.04.12 14:22

Cari tədris ilində ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə qaydalarında dəyişiklik ediləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, TQDK tərəfindən hazırlanan layihəyə əsasən, tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanları yalnız iki fənn - ana dili və riyaziyyat üzrə keçiriləcək. “İmtahanlar 2 saat ərzində aparılacaq. Hər bir fənn üzrə 30 test tapşırığı təqdim ediləcək və bu sualların cavablandırılmasına 1,5 saat vaxt ayrılacaq. Son 30 dəqiqə ərzində isə iştirakçılar təqdim edilən mövzu üzrə yazı işini yerinə yetirəcəklər” - deyə o əlavə edib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi Təhsil Nazirliyindən alınaraq TQDK-ya həvalə edilib.
URL / WWW
http://kelam.az/article/a-6138.html