Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdi
24.04.12 15:22

Azərbaycanda cari tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. TQDK sədri qeyd edib ki, ilk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcək. “İyulun 14-də I, iyulun 20-də IV, iyulun 27-də isə II ixtisas qrupu üzrə qəbul imtahanlarının keçirilməsi planlaşdırılır. Qabiliyyət imtahanlarının keçirilmə cədvəlində də dəyişiklər ediləcək. Bununla bağlı əlavə məlumat yaxın günlərdə elan ediləcək” - deyə M.Abbaszadə vurğulayıb. Qeyd edək ki, əvvəlki cədvələ əsasən, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçirilməli idi.
URL / WWW
http://kelam.az/article/a-6137.html