Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Strasburqda AŞ PA-nın yaz sessiyası keçirilir
24.04.12 14:22

Bu gündən aprelin 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçirilir. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Aydın Abbasov, Elxan Süleymanov, Rafael Hüseynov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər. Sessiyada Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın yeni vitse-prezidentləri seçiləcək, ərəb baharının təsirləri, Suriyadakı vəziyyət, Avropa İnsan Haqları Məhkəməsinin gələcəyi, ifadə və məlumat azadlığının qorunması, Şimali Qafqazda məcburi köçkünlərin vəziyyəti, Aralıq dənizində insan ölümləri və digər mövzularda fikir mübadiləsi aparılacaq. Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
URL / WWW
http://kelam.az/article/a-6136.html