Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dini ədəbiyyatın satışı ilə məşğul olan mağazalar yenidən qeydiyyata alınacaq
15.01.10 21:02

Ölkədə dini ədəbiyyatın satışı ilə məşğul olan mağazaların qeydiyyatına başlanılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov verib. Məsələ ilə bağlı xüsusi təlimatların hazırlanaraq təsdiq edildiyini bildirən H.Orucov bunun Ədliyyə Nazirliyi tərfindən də qeydiyyata alındığını qeyd edib. Onun sözlərinə görə, dini ədəbiyyat və dini əşyalar ixtisalaşdırılmış mağazalarda satılmalıdır. H.Orucov bildirib ki, dini ədəbiyyat və dini əşyalar kitab mağazalarında da bir guşə yaradılmaqla satıla bilər. Komitə sədri ərzaq və digər məhsulların satıldığı mağazalarda müqəddəs ədəbiyyatın satılmasının qəubuledilməz olduğunu söyləyib. Azərbaycana idxal olunan dini ədəbiyyatın sayının üç il bundan öncəyə nisbətən 20 dəfə artdığını vurğulayan H.Orucov ölkəmizdə də kifayət qədər dini ədəbiyyatın nəşr olunduğunu nəzərə çatdırıb. O, ölkəyə bir sıra İslam və xristian ölkələrindən zərərli dini ədəbiyatın da gətirildiyini xatırladıb və bildirib ki, belə ədəbiyyatların sayı isə təxminən 20 dəfə azalıb. Onun sözlərinə görə, azalmanın səbəbi müvafiq dövlət qurumları ilə birlikdə lazımi tədbirlərin görülməsi ilə bağlıdır.
URL / WWW
http://kelam.az/article/a-613.html