Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision” üçün jurnalistlərin akkreditasiya prosesi başa çatmaq üzrədir
18.04.12 02:48

“Eurovision” Mahnı Müsabiqəsini yalnız akkreditasiyadan keçmiş yerli və xarici media nümayəndələri işıqlandıra biləcək. Xatırladaq ki, akkreditasiya sistemi fevralın 15-dən etibarən açıqdır. Bu proses ənənəvi olaraq www.eurovision.tv saytında Eurovision Family Accreditation System (EFAS) vasitəsi ilə həyata keçirilir. Qeydiyyat aprelin 20-dək davam edəcək.

Akkreditasiya sistemi başa çatdıqdan sonra qeydiyyatdan keçən jurnalistlərə təsdiq "e-mail"ləri göndəriləcək. Qeydiyyatdan keçmiş jurnalistlər sənədlərini şou ərəfəsində Mətbuat Mərkəzində yerləşən Akkreditasiya Mərkəzindən əldə edə biləcəklər.
Qeyd edək ki, Mətbuat Mərkəzi “Bakı Kristal Zalı” yaxınlığında inşa edilib. Sahəsi 5000m2 olan Mətbuat Mərkəzinin tikintisi artıq başa çatıb. Burada akkreditasiyadan keçən yerli və xarici jurnalistlərin rahat işləməsi üçün geniş imkanlar, o cümlədən yüksək sürətli internet və 775 nəfərlik kafe yaradılıb.
URL / WWW
http://kelam.az/article/a-6129.html