Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyənin 10 ölkədəki səfiri dəyişdi
17.04.12 19:46

Türkiyənin 10 ölkədəki səfirinin dəyişməsinə dair qərar qüvvəyə minib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, rəsmi qəzetdə dərc olunan Nazirlər Kabinetinin qərarına görə, Türkiyənin Dünya Ticarət Təşkilatındakı daimi təmsilçisi vəzifəsinə Səlim Kuneralp gətirilib. Milli Təhlükəsizlik Şurasının baş katibi Sərdar Kılıç Yaponiya, İsmayıl Alper Coşqun Azərbaycan, Məhmət Niyazi Tanılır Çernoqoriya, Zeynəb Sibel Alqan Seneqal, Ümid Yalçın Küveyt, Əli Əhməd Acet Meksika, Rəha Kəskintəpə Avstraliya, Kərəm Əhməd Qıratlı Oman, Damşa Yeşim Say Yeni Zelandiya, Uğur Arıner isə Mərakeş səfiri vəzifəsinə təyin edilib. 10 ölkədəki əvvəlki səfirlər isə mərkəzə çağırılıb.
URL / WWW
http://kelam.az/article/a-6125.html