Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qeyri-maddi mədəni irsin qorunması sahəsində “Azərbaycan modeli” maraqla qarşılanıb
17.04.12 19:46

Kazan şəhərində Tatarıstanın Mədəniyyət Nazirliyi tərəfindən Tatarıstan Elmlər Akademiyası ilə birgə təşkil olunan “Müasir şəraitdə qeyri-maddi etnomədəni irsin qorunması problemləri” adlı beynəlxalq elmi-praktiki seminarda və “Polietnik region şəraitində milli ənənələrin inkişafı” adlı elmi-praktiki konfransda ölkəmiz də təmsil olunub. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə ölkəmiz nazirliyin sektor müdiri Yaşar Hüseynli tərəfindən təmsil olunub. Təşkil olunan seminarda “Qeyri-maddi mədəni irs resurslarının mədəni-siyasi optimallaşdırılması” mövzusunda məruzə ilə çıxış edən Y.Hüseynli “Azərbaycan Respublikasında qeyri-maddi mədəni irsin qorunması” mövzusunda təqdimat da keçirib. Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması sahəsində əldə olunan nailiyyətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və ölkəmizlə bu sahədə proqram və layihələrin hazırlanıb həyata keçirilməsində təcrübə mübadiləsi aparmaq arzusu ifadə olunub.
Qeyri-maddi mədəni irsin qorunması sahəsində artıq “Azərbaycan modeli”nin formalaşmasını və bu müsbət təcrübənin yayılacağı təqdirdə Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənəcəyini nəzərə alaraq, beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli beynəlxalq münasibətlərdə sözügedən amilin daha fəal istifadə olunması nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-6123.html