Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU ilə Hacəttəpə Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.01.10 21:02

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Dillər Universiteti (ADU) ilə Türkiyənin Hacəttəpə Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən veriblər. İmzalanma mərasimində ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, Hacəttəpə Universitetinin rektoru, professor Uğur Erdenerin rəhbərlik etdiyi nümayəndə heyəti, Strasburq Universiteti və Fransanın Türkiyədəki səfirliyinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan U. Erdener qeyd edib ki, Azərbaycanla Türkiyə arasında olan münasibətlər hər sahədə olduğu kimi təhsil sahəsində də sürətlə inkişaf edir və belə layihələrin həyata keçirilməsi ölkələrarası münasibətlərin inkişaf dinamikasına öz töhfəsini verəcək. Universitetlərarası əməkdaşlığı sevindirici hal kimi qiymətləndirən S. Seyidov ADU, Hacəttəpə və Strasburq Universitetləri arasındakı mövcud əməkdaşlığın davamının da olacağını vurğulayıb. Z. Həşimov ADU ilə Hacəttəpə Universiteti arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Qeyd edək ki, müqavilənin imzalanmasında məqsəd universitetlərarası əməkdaşlığı gücləndirmək, elm və təhsil səviyyəsini təkmilləşdirməkdən ibarətdir.
URL / WWW
http://kelam.az/article/a-612.html