Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Heydər Əliyevə həsr edilən inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib
18.04.12 02:41

Bu gün akademik Zərifə Əliyeva adına liseydə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilən ümumi təhsil məktəbləri və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.

“KƏLAMİNFO” xəbər verir ki, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə reallaşan müsabiqənin yekun mərhələsində təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. M.Mərdanovun sözlərinə görə, altıncı ildir baş tutan müsabiqə məktəb, rayon (şəhər) və respublika mərhələlərində həyata keçirilir. Onun sözlərinə görə, müsabiqənin rayon (şəhər) mərhələləri aprelin əvvəlində yekunlaşıb. Nazir qeyd edib ki, müsabiqədə ölkəmizin bütün bölgələri təmsil olunur. Burada, həmçinin nazirliyin nəzdindəki lisey və gimnaziyaların şagirdləri iştirak edirlər. M.Mərdanovun sözlərinə görə, respublika mərhələsinin iştirakçılarının sayı 114 nəfərdir. Bunlardan 1 nəfəri VII, 13-ü VIII, 26-sı IX, 34-ü X, 23-ü XI-ci sinif şagirdləridir. Peşə liseylərindən olan iştirakçıların sayı isə 17 nəfərdir. “Şagirdlər bu gün müəyyən müddət ərzində Heydər Əliyevlə bağlı öz fikirlərini yazacaqlar. Yazılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və hər il olduğu kimi bu il də ayrıca kitab şəklində çap ediləcək. Respublika mərhələsinin iştirakçıları arasında qaliblər seçilərək bir, iki, üç və həvəsləndirici yerlərə layiq görüləcəklər” deyən nazir güman etdiyini bildirib ki, mayın 7-si Gülüstan Sarayında keçiriləcək tədbirdə qaliblər məlum olacaq, onlar qiymətli hədiyyələrlə təltif ediləcəklər.
URL / WWW
http://kelam.az/article/a-6119.html