Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Müxalifət lazımsız bəyanatlardansa konstruktiv təkliflər versin”
18.04.12 00:41

“Əminəm ki, “Siyasi partiyalar haqqında” qanun hər tərəfin maraqlarını tanıyan, başlıca olaraq da Azərbaycan seçicisinin maraq və mənafelərini təmin edən bir səviyyəyə çatdırılacaq”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc bildirib.

O qeyd edir ki, parlamentdə bu məsələ kifayət qədər açıq şəkildə müzakirə edilir və müsbət nəticələri olacaq. “Düşünürəm ki, müxalifət də bu istiqamətdə təkliflərini verə bilər. Yox, onlar düşünürlərsə ki, bu, hakimiyyət üzərinə getmək, siyasi xal toplamaq üçün ənənəvi, əlverişli bir mövzudur, onsuz da müxalifətin sənədi qəbul olunsaydı belə, onlar nəsə fərqli bir ideya düşünüb hakimiyyətin əleyhinə çevirəcəkdilər” - deyə Z.Oruc vurğulayıb. Millət vəkili deyir ki, əgər müxalifət vaxtaşırı lazımsız bəyanat verməkdənsə, vaxtında “Siyasi partiyalar haqqında” qanunla bağlı konstruktiv təkliflər etsəydi, bu, ümumi işin xeyrinə olardı. “O zaman müxalif partiyalar da daha uğurlu nəticələr əldə edə bilərdilər” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6118.html