Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident: “Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin“
17.04.12 19:40

“Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin“. “KƏLAMİNFO” xəbər verir ki, bunu Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunları ilə bağlı müşavirədə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Azərbaycan heç vaxt başqa ölkələrin planlarında iştirak etməyəcək. Mən bunu dəfələrlə demişəm”-deyən dövlət başçısı hələ prezidentlik dövrünün əvvəlindəki bəyanatını xatırladıb: “Azərbaycan qarşıdurma arenasına çevrilməyəcək. Kim istəyir, Azərbaycanı qarşıdurma arenasına çevirsin, gedib özünə başqa yer axtarsın. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı bilir. Belə olan halda yenə informasiya təxribatı məsələləri gəlir. Mötəbər, dünya səviyyəli mətbu orqanlarda çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir altında olan digər mətbu orqanlar yayır. Beləliklə, rəy formalaşır. Yaxud da ki, formalaşdırmağa çalışırlar ki, Azərbaycan bölgədə hansısa başqa planlara malikdir”.
Prezident İlham Əliyev Azərbaycanın bölgədə sülh, sabitlik, əmin-amanlıq olmasnı, qonşularla münasibətlərin prioritet xarakter daşıdığını bildirib: “Biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Mən qonşulardan da Azərbaycana ancaq müsbət münasibət görürəm və buna çox şadam. Ona görə, biz bunu bilməliyik, bu barədə açıq deməliyik və buna qarşı biz öz prinsipial mövqeyimizi qoymalıyıq və qoyuruq”.
URL / WWW
http://kelam.az/article/a-6117.html