Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hərbiçilərimiz NATO ilə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlərə qatılacaqlar
16.04.12 17:34

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra ölkələrlə imzalanmış fərdi tərəfdaşlıq proqramları və NATO ilə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlərə qatılacaqlar. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Bu gündən aprelin 20-dək Varşavada Polşa Milli Müdafiə Universitetində təcrübə mübadiləsi, aprelin 16-dan 27-dək Niderlandın Brunsum şəhərində Açılan birgə qüvvələrin qərargah təlim kursu, aprelin 16-dan 20-dək Niderlandda Mülki-hərbi əməkdaşlıq üzrə funksional mütəxəssis kursu, İtaliyanın Roma şəhərində Ali zabitlər üçün keçiriləcək kurs çərçivəsində “Tərəfdaşlar üçün tanışlıq kursu”, aprelin 16-dan 27-dək Ankarada Qərargah zabitləri üçün Maddi-Texniki Təchizat ilə tanışlıq kursu, aprelin 17-dən 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə SNT konsorsiumunun terrorizmə qarşı mübarizə üzrə İşçi qrupunun yaz sessiyası, aprelin 17-dən 19-dək Qətərin paytaxtı Doha şəhərində «Yırtıcı şahin-3» təliminin 1-ci baş toplantısı, aprelin 23-dən 27-dək Bakıda Beynəlxalq humanitar hüquq üzrə təlim kursu, aprelin 23-dən 27-dək Brüssel və Mons şəhərlərində Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu, aprelin 24-dən 27-dək İtaliyanın Neapol şəhərində Əməliyyat İmkanları Konsepsiyası işçi qrupunun görüşü keçiriləcək.Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən aprelin 16-dan 20-dək Almaniyanın Leer şəhərində “Tibb xidməti” mövzusunda işçi görüşü, aprelin 16-dan 20-dək Bakıda “Silahlı Qüvvələr demokratiya şəraitində” mövzusunda seminar, Azərbaycan-ABŞ iş planına əsasən aprelin 25 və 26-da Bakıda Müdafiə Nazirliyi ilə Parlament arasında əlaqələr sahəsində növbəti seminar, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 26 və 27-də Bakıda əməliyyatlar təcrübəsinin öyrənilməsi, analizi, qazanılmış təcrübələrin proqramlarda tətbiq edilməsi məqsədilə məlumat bazasının yaradılması və standartlaşdırma məsələləri üzrə ekspert görüşü keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-6112.html