Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DQİDK sədri H.Orucov: “Bu günə qədər Azərbaycanda heç bir məscid sökülməyib”
15.01.10 21:02

Bu günə qədər Azərbaycanda heç bir məscid sökülməyib və bundan sonra da sökülməyəcək. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov dini icmaların rəhbərləri ilə görüşündə səsləndirib. Komitə sədri qeyd edib ki, hansısa qeyri-qanuni yolla tikilən obyektin sökülməsinin DQİDK ilə heç bir əlaqəsi yoxdur. Məcsid və ibadət yerlərinin müqəddəs məkan olduğunu diqqətə çatdıran H.Orucov bildirib ki, ölkəmizdə fəaliyyət göstərən qanuni məscidlər var və burada vətəndaşların sərbəst ibadət etmələri üçün normal şərait yaradılıb. Onun sözlərinə görə, qanunsuz tikililər müvafiq icra strukturları tərəfindən sökülür. H.Orucov məscid inşa etmək istəyən şəxslərə də tövsiyyə verib və bildirib ki, müqəddəs bina tikmək niyyətində olanlar bunu qanuniləşdirməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-611.html