Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtlərini açıqladı
13.04.12 19:57

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtlərini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə abituriyentlər test imtahanı verirlər. Test imtahanında topladıqları ümumi balları bu ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən abituriyentlər ikinci mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müvəffəqiyyət qazanan abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar aşağıdakı istiqamətlərə daxildir: 1. Təsviri sənət 2. Musiqi sənəti 3. Memarlıq və dizayn 4. Teatr, kino və xoreoqrafiya sənətləri 5. Bədən tərbiyəsi və idman Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyent qəbul imtahanlarında iştirak etmək üçün ümumi qaydada elektron ərizəsini rəsmiləşdirməli, öz elektron ərizəsinə daxil olaraq “Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi”ni çap etməli, sonra seçdiyi ixtisasa müvafiq QİK-də seçmə turda iştirak etməlidir. Seçmə tur və onun cədvəli isə www.tqdk.gov.az saytında yerləşdirilib.
URL / WWW
http://kelam.az/article/a-6106.html