Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Aydın Mirzəzadə: “Rusiya keçmiş SSRİ-nin törətdiklərinin varisi deyil”
13.04.12 19:57

“Hesab etmirəm Dağlıq Qarabağ problemin yaranmasında birbaşa cavabdeh indiki Rusiyadır. Əlbəttə, Rusiya keçmiş SSRİ-nin varisidir, amma onun törətdiklərinin varisi deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, hakim partiyadan olan deputat Aydın Mirzəzadə bildirib.Deputat Rusiyanın münaqişə ilə bağlı hazırkı mövqeyini analiz edərək deyir ki, bugünkü Kremli problemin yaranmasında ittiham etmək üçün heç kimin əlində əsas yoxdur. “Bu başqa məsələ ki, Rusiyadan Ermənistanla yaxşı münasibətlərindən istifadə edərək ərazilərin boşaldılmasını tələb etməsini gözləyirik. Ancaq bununla belə, Rusiyanın vasitəçilik etməsinin və daha aktiv olmasının özü müsbət bir haldır” - deyə A.Mirzəzadə vurğulayıb. Deputat onu da diqqətə çatdıraraq deyir ki, nəzərə almaq lazımdır ki, məhz böyük dövlətlərdən yalnız Rusiya vaxtaşırı prezidentlərin görüşünü təşkil edir, vaxtaşırı problemlə bağlı mövqeyini ortaya qoyur. “Ona görə də sadəcə istərdik ki, Rusiyanın bu məsələdə münasibəti mövqedən daha çox konkret əməllərə keçsin” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6105.html