Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Lavrovun ortaya atdığı “Qarabağ xalqı” anlayışını ciddi araşdırmalıyıq”
13.04.12 20:57

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda Bakıya olan səfəri zamanı iki məqam diqqətimi cəlb edib”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, bunlardan birincisi odur ki, az qala Azərbaycan ictimaiyyəti, siyasi elitasının qəbul edilməsinə çalışılır ki, “Qarabağ xalqı” adlı anlayış var. “Bu, çox diqqət çəkən məqamdır. Ona görə də biz dərhal bu məsələnin üzərinə gedərək aydınlaşdırmalıyıq ki, Rusiya tərəfindən bu cür hallanan “Qarabağ xalqı” anlayışına nə daxildir. Bunun üçün də artıq dəfələrlə səsləndirdiyim Qarabağla bağlı qanun layihəsinin hazırlanıb qəbul edilməsinə, çərçivə sənədinin hazırlanmasına ehtiyac var” - deyə Z.Oruc vurğulayıb. İkinci məqama toxunan deputat deyir ki, bu gün Qərb müxtəlif təşkilatlar tərkibində Cənubi Qafqaza daha da yaxınlaşır və təbii ki, bu da Moskvanı ciddi narahat etməyə bilməz. “Regiona olan marağını qüvvədə saxlamaq üçün Rusiyanın əlində Qarabağ münaqişəsi, Gürcüstanla olan gərginliklər və sair bu kimi “qohum” hadisələr var. S.Lavrov da səfəri çərçivəsində Qarabağ probleminin regionda ən ciddi problem olmasını və bunun həllində daha çox Moskvanın maraqlı olmasını dəfələrlə bəyan etməklə açarın onların əlində olmasına işarə etməyə cəhd edir. Bununla Rusiya Bakıdan Qərbi bilavasitə təhdid eləmiş olurdu” - deyə millət vəkili əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6104.html