Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əflatun Amaşov: “Hələ də mətbuatın iqtisadi durumunda çətinliklər var”
13.04.12 02:51

“Azərbaycanda hələ də mətbuatın iqtisadi durumunda çətinliklər var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri deyib ki, dövlət bu məsələnin həllində son illər kifayət qədər dəstək göstərir və əmindir ki, bu dəstək sayəsində medianın iqtisadi problemləri tezliklə həll olunacaq. O buna misal kimi Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu (KİV DF) göstərib. “Azərbaycanda medianın ən ciddi problemi olan iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət dəstəyi artırılır. Media iqtisadi baxımdan müstəqil deyilsə, cəmiyyətdə baş verən hadisələrin ictimaiyyətə obyektiv çatdıra bilməz”-deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6101.html