Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qazaxıstanın xarici işlər və baş naziri Azərbaycana səfər edəcək
12.04.12 19:51

Qazaxıstanın baş naziri Kərim Məsimov və xarici işlər naziri Erjan Kazıxanov Azərbaycana səfər edəcək. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında məlumat verib. Səfir deyib ki, Erjan Kazıxanovun Azərbaycana səfəri ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə reallaşacaq: “Səfər 27 avqustda baş tutacaq və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunacaq” - deyə Serik Primbetov əlavə edib. O, həmçinin vurğulayıb ki, Qazaxıstan hökumətinin rəhbərinin səfəri bu il Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirakı ilə bağlıdır. Serik Primbetov bu ilin ikitərəfli münasibətlərin inkişafı üçün uğurlu bir il olacağını vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6098.html