Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Qazax Gənclər Mərkəzinin açılışında iştirak edib
12.04.12 19:51

Prezident İlham Əliyev bu gün şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax Gənclər Mərkəzinin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı əvvəlcə mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidentinə məlumat verilib ki, Gənclər Mərkəzinin tikintisinə bu ilin yanvarında başlanılıb, apreldə sona çatdırılıb. Mərkəzin ikimərtəbəli binasının ümumi sahəsi 1160 kvadratmetrdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Burada, həmçinin ulu öndər Heydər Əliyevin büstü qoyulub. Bütün lazımi avadanlıqla təchiz edilən konfrans zalında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Mərkəzdə yaradılan rəsm qalereyasında gənc rəssamların sərgiləri təşkil olunacaq. Dövlət başçısı mərkəzin binasının ikinci mərtəbəsində fəaliyyət göstərən elektron kitabxana ilə tanış olub. Bildirilib ki, kitabxananın fondunda ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilən, eləcə də uşaqlar üçün və digər sahələrə dair kitablar yer alıb. Bildirilib ki, kompyuter otağında sürətli internetə qoşulmuş 9 kompyuter var. Burada kompyuter bilikləri, o cümlədən xalçaçılıq və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Mərkəzin ikinci mərtəbəsində və kafe-barda gənclərin istirahəti üçün hər cür şərait yaradılıb. Buradakı linqafon otağında isə gənclər üçün xarici dil kurslarının təşkili nəzərdə tutulub. Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaq. Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı tapşırıq və tövsiyələrini verib.
URL / WWW
http://kelam.az/article/a-6096.html