Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident şimal-qərb bölgəsində səfərdədir
13.04.12 02:50

Prezident İlham Əliyev bu gün respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Qazax rayon İcra Hakimiyyətinin başcısı Ayaz Əsgərov prezident İlham Əliyevə ulu öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, dörd hektar ərazini əhatə edən parkda tikinti işləri bu ilin yanvar-aprel aylarında aparılıb. Ərazinin yenidən qurulan iki hektar sahəsinə dekorativ daşlar, qranit plitələr döşənmiş və asfalt örtük salınıb. Burada 10 min kvadratmetr sahədə yaşıllıq zolağı salınıb, dekorativ ağac və gül kolları əkilib. Müasir memarlıq üslubunda inşa olunmuş iki fəvvarə Heydər Əliyev parkını daha da gözəlləşdirib. Parkda yol və səkilərin kənarları, girişi qranit və dekorativ daşlarla bəzədilib. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb və oturacaqlar qoyulub. Görülmüş işləri yüksək qiymətləndirən prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
URL / WWW
http://kelam.az/article/a-6095.html