Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Fransada prezident seçkiləri kampaniyası rəsmən start götürüb
12.04.12 02:58

Fransada rəsmən prezident seçkiləri kampaniyası start götürüb. Hesablamalara görə, seçkilər 228 mln. avroya başa gələcək. Bu vəsaitin 114,5 mln-nu dövlət verəcək. «KƏLAMİNFO» «Kommersant»a istinadən yazır ki, namizədlərdən hər biri öz kampaniyasına birinci turda 16,851 mln. dollar sərf edə bilər. Mayın 6-da keçirilə biləcək ikinci turda isə 22 mln. vəsait sərf oluna bilər. Məlumat üçün bildirək ki, yəhudi məktəblilərinə atəş açmış Məhəmməd Meriyə qarşı keçirilən əməliyyatdan sonra prezident Nikola Sarkozinin nüfuzu artıb. Nəticədə sosialist rəqibi Fransua Ollandla onun reytinqi bərabərləşib - 28 faiz. Çox güman ki, «Tuluza qatili» kimi hadisələr ortaya çıxmasa, kəskin fərq yaranmayacaq. Qəzet yazır ki, ilk baxışdan hiyləgər təsir bağışlayan bu əməliyyatı Sarkozinin seçkiqabağı addımı kimi düşünənlər yanıla da bilərlər. Çünki bu hadisə ona qarşı çevrilə də bilərdi: müsəlmanlar Fransada çoxsaylı və nüfuzludurlar. Namizədlərə gəldikdə, mərkəzçi Fransua Bayr 10 faizdən aşağı düşmək riskini yaşayır. Onun bir qisim tərəfdarı sağyönümlü Milli Cəbhə və sol cəbhəyə üz tutur. Marin Le Penn isə üçüncü yerdədir. O, demək olar ki, «Sol cəbhə»nin lideri Jan-Lyuk Melanşonla bir sıradadır. Ən əsas namizəd isə şübhəsiz Nikola Sarkozi və Fransua Ollanddır.
URL / WWW
http://kelam.az/article/a-6093.html