Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Braziliyanın səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul edib
11.04.12 20:57

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, səfir Sergio de Souza Fontes Arrudan fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib və sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətləri genişləndirmək və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün qarşılıqlı marağın olduğunu deyib. Ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu vurğulayan Prezident İlham Əliyev siyasi əlaqələri genişləndirməyin, iqtisadi sahədə əməkdaşlığı gücləndirməyin əhəmiyyətini qeyd edib. Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyəcəklərinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb. Sergio de Souza Fontes Arrudan əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Səfir, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu deyib və Braziliyada keçiriləcək bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanın da iştirakının əhəmiyyətini vurğulayıb. Diplomat ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Braziliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.
URL / WWW
http://kelam.az/article/a-6090.html