Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hidayət Orucov Moskva Patriarxlığı rəsmisinin açıqlamasına münasibət bildirib
15.01.10 21:02

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Moskva Patriarxlığınin rəsmisi iyeromonarx Filippin açıqlamasına münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, H.Orucov bildirib ki, iyeromonarx Filippin açıqlaması son dərəcə məsuliyyətsiz addımdır. Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavininin açıqlamasından təəssüfləndiyini diqqətə çatdıran H.Orucov qeyd edib ki, bu, məsuliyyətsiz sözlərdir. “Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Nəyə görə belə bir səhvə yol verilib? Nə üçün Dağlıq Qarabağdakı kilsə ilə İrəvan və Gümrüdəki kilsə eyniləşdirilir? Niyə onlar Azərbaycandakı - Bakı, Gəncə və Xaçmazda olan kilsələrin adını çəkmirlər? Belə məsuliyyətsiz açıqlama vermək olmaz. Mən bu açıqlamanı verəni şəxsən tanımıram. Hesab edirəm ki, iyeromonarx qeyri-dəqiq, düşünülməmiş, hərənin bir cürə yoza biləcəyi ifadə işlədib”,-deyə H.Orucov əlavə edib. Komitə sədri məsələ ilə bağlı Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandrla telefonla danışdığını da söyləyib. “Ona çox ciddi iradlarımı bildirdim. O, da öz növbəsində söz verdi ki, bu məsələ məşğul olub məlumat verəcək”,-deyə H.Orucov açıqlamaya münasibətini ifadə edib. Qeyd edək ki, bir neçə gün əvvəl mətbuat konfransı keçirən Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavini iyeromonax Filipp (Ryabıx) Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin Ermənistana marta nəzərdə tutulan səfəri barədə danışaraq bildirib ki, Moskva Patriarxlığının hazırda Ermənistanda 3 kilsəsi var: “Onlardan biri – İrəvanda, digəri Rusiyanın hərbi bazası yerləşən Gümrüdə, üçüncüsü isə Dağlıq Qarabağda yerləşir”.
URL / WWW
http://kelam.az/article/a-609.html