Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Nizami Gəncəvinin İtaliyada heykəli ucaldılacaq
11.04.12 02:59

İtaliyanın Roma şəhərindəki məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli ucaldılacaq. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bununla bağlı Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın İtaliyadakı Səfirliyinin yaxından iştirakı ilə nazirlik tərəfindən zəruri işlər həyata keçirilir. Abidənin müəllifləri Xalq rəssamı Salxab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir. Layihə Roma şəhər meriyasının Tarix və İncəsənət Komissiyası tərəfindən də təsdiqlənib. Qeyd edək ki, abidə ölkə başçısının müvafiq Sərəncamının icrası, Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində şairin xatirəsinin əbədiləşdirilməsi, onun bədii irsi və klassik ədəbiyyatımızın dünya miqyasında təbliği məqsədi ilə ucaldılır. Yaxın günlərdə heykəlin rəsmi açılış mərasimi keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-6089.html