Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » I rüb ərzində 246 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb
10.04.12 19:59

2012-ci ilin I rübü ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 133 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 246 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 120 ədədi (48,8 %) qeydiyyata salınıb, 53 ədədi (21,5%) möhürlənib və 73 ədədin (29,7%) qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 11 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
URL / WWW
http://kelam.az/article/a-6086.html