Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK qabiliyyət imtahanlarının şərtlərini açıqlayıb
10.04.12 19:59

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtlərini açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu haqda məlumatı bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə verib. Onun sözlərinə görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, bədən tərbiyəsi və idman istiqamətlərinə aiddir. Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər test imtahanından əlavə qabiliyyət imtahanı da verməlidirlər.“Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər əvvəlcə ərizələrini ümumi qaydaya əsasən təsdiq etdirir, sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) seçmə turda iştirak edirlər. Bunun üçün abituriyent mayın 1-dən 18-dək QİK-ə tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməlidir”-deyə vurğulayan M.Abbaszadə bildirib ki, QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlılığı yoxlanılır və yoxlamadan uğurla keçənlər qeydiyyata alınır: “Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanları iki mərhələdə keçirilir. I mərhələdə abituriyentlər test imtahanı verirlər. Abituriyentin bu imtahanda topladığı bal oxumaq istədiyi ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyirsə, onlar II mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər”.
URL / WWW
http://kelam.az/article/a-6083.html