Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » 2012/2013-cü tədris ili üçün ali və orta ixtisas məktəblərinə ərizə qəbulu başladı
10.04.12 19:59

Bu gündən etibarən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə ərizə qəbulu elan olunub. “KƏLAMİNFO” xəbər verir ki, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək davam edəcək. Ərizələrin təsdiqlənməsi isə aprelin 16-dan 18-dək aparılacaq. Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə həyata keçiriləcək. Abituriyentlər TQDK tərəfindən təyin olunan vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq, müvafiq sənədləri Komissiya tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron ərizə”lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər. Xatırladaq ki, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-6080.html