Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Daha 35 dini icmaya yeni şəhadətnamələr verildi
16.01.10 03:01

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yenidən qeydiyyatdan keçən dini icmalara şəhadətnamələrin verilməsi ilə bağlı tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nin sədri Hidayət Orucov bildirdi ki, “Dini etiqad azadlığı haqqında” AR Qanuna əlavə və dəyişiklik edilənə qədər ölkədə 534 dini icma qeydiyyatdan keçib. Yeni qanundan sonra bu il yanvarın 1-nə kimi Komitəyə qeydiyyatla bağlı 700 müraciətin daxil olduğunu diqqətə çatdıran H.Orucov qeyd edib ki, bu günə qədər ümumilikdə 155 dini icmaya şəhadətnamələrin verilib. Onun sözlərinə görə, hazırda digər müraciətlərə Komitənin müvafiq şöbəsində baxılır. Yeni qanunun qəbul edilməsinin ölkədə tolerantlığın bir nümunəsi olduğunu söyləyən H.Orucov bildirdi ki, hansı təmayüllü olmasından asılı olmayaraq Azərbaycanda qanuni fəaliyyət göstərmək istəyən dini icmalara normal şərait yaradılır. O, ölkədəki məscidlərin sayına da toxundu və bildirdi ki, sovet dövründə Azərbaycanda 18 məscid olub və indi bunların sayı 1802-dir. Sonra H. Orucov Ağdaş, Lənkəran, Zaqatala, Şamaxı, Dəvəçi, Quba, Göyçay, Xaçmaz, Astara, Qazax, İsmayıllı, Qəbələ, Balakən, Biləsuvar, Goranboy və Ucar rayonlarında fəaliyyət göstərən 35 dini icmaya yeni şəhadətnamələr təqdim etdi.
URL / WWW
http://kelam.az/article/a-608.html