Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Siyasi partiyalar haqqında” qanun layihəsi parlamentə tövsiyə olunub
10.04.12 23:59

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə məlumat verən komitə sədri Əli Hüseynli qanunun Azərbaycanın siyasi islahatlar sistemində əsas amil olduğunu deyib. Müzakirələrdə çıxış edən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirilib ki, yeni qanunda siyasi partiyaların qeydiyyatı sadələşdirilməlidir. O, həmçinin dəyişikliklərdə göstərilən siyasi partiyaların proqramının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmasına öz etirazını bildirib. İ.Ağazadə deyib ki, hər partiyanın seçkilərdə müəyyən taktikası olur ki, onu da açıqlamaq məcburiyyətində qalmalı deyil. O, partiyaların dövlət tərəfindən maliyyələşmə mexanizminə də öz iradını bildirib. “Seçkilərdə cəmi 2 dairədən namizəd irəli sürən və təsadüfən 1 deputat yeri qazanan partiya ilə 125 dairədən namizəd irəli sürüb 1 deputat yeri qazanan partiyalara eyni həə dövlət vəsaitinin ayrılması ədalətsizlikdir. Buna ciddi diqqət yetirilməlidir” - deyə o əlavə edib. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, siyasi partiyalar yalnız dövlət büdcəsindən maliyyələşməlidir. O hesab edir ki, hansısa fiziki və yaxud hüquqi şəxsin partiyanın fəaliyyətini maliyyələşdirməsi zamanı həmin partiyanın o şəxsdən asılılığı yaranır. O, həmçinin qeyd edib ki, maliyyə vəsaiti yalnız Milli Məclisdə təmsil olunan partiyalara ayrılsın. “Bu belə olmasa, gələcəkdə siyasi partiyaların yaradılmasına kommersiya obyekti kimi baxılacaq” - deyə BAXCP sədri vurğulayıb. Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlı da qanuna dəyişiklikləri mütərəqqi hal adlandırıb. O da qeyd edib ki, siyasi partiyaların qeydiyyatını sadələşdirməyə ehtiyac var. Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc qanuna dəyişikliklərə Venesiya Komissiyası tərəfindən rəy verildiyini qeyd edərək, Komissiyanın məqbul hesab etmədiyi bir sıra qərəzli müddəalara münasibətini bildirib. “Venesiya komissiyası qanunda edilən dəyişikliklərdə xarici vətəndaşların partiya təsis etmək qadağasına etiraz edib. Halbuki bir sıra Avropa ölkələrində də bu qadağa var” - deyə o əlavə edib. Z.Oruc, həmçinin qanuna dəyişiklər hazırlanarkən təklif olunan 5 min nəfər üzvü olan partiyalara maliyyə vəsaitinin verilməsini də müsbət hesab edib. Qanuna dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-6079.html