Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov: “Partiyaların maliyyələşdirilməsi prinsipini ədalətsiz hesab edirik”
11.04.12 02:57

“Biz “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərə əsasən partiyaların maliyyələşdirilməsi prinsipini ədalətsiz hesab edirik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında qeyd olunan qanuna dəyişikliklərin müzakirəsi zamanı hakim yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib. O qeyd edib ki, qanuna təklif olunan dövlət maliyyələşməsinin mexanizmi məsələsi YAP-ın maraqlarına uyğun deyil. “Hansı ki, nəticə etibarı ilə Milli Məclisdə 11 partiyanın 84 deputatı təmsil olunur və onların da 71-i YAP-ın, 13-ü digər partiyaların üzvüdür. Bu gün Milli Məclisdə deputatların 56 faizi YAP üzvləridir. Dünyada tətbiq olunan təcrübəyə əsasən, YAP-a dövlət tərəfindən ayrılan maliyyə vəsaitinin 80-84 faizi verilməli idi. Lakin hazırkı mexanizmlə YAP-a 45,6 faiz çatacaq” - deyə Ə.Əhmədov vurğulayıb. YAP sədr müavini deyib ki, ümumilikdə qanuna təklif olunan dəyişikliklər Azərbaycanda həyata keçirilən siyasi islahatların tərkib hissəsidir. “Bu dəyişikliklər Azərbaycanda siyasi partiyaların daha səmərəli fəaliyyəti üçün etibarlı mexanizm yaradır” - deyə o əlavə edib. Qeyd edək ki, qanuna edilən dəyişikliklərə görə, dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi, irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Parlamentində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünəcək.
URL / WWW
http://kelam.az/article/a-6078.html